• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 noyabr 2021-ci il

    Rauf Bəhmənlinin “Azərbaycanın unudulmuş marşları” toplusu işıq üzü gördü.

    9 noyabr 2021-ci il tarixində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi; orqanaloqiya və akustika” laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin yeni “Azərbaycanın unudulmuş marşları” adlı toplusu işıq üzü görüb.

    Marş (fransızca:marche-“yürüş”,“irəliyə hərəkət”) dünya hərb musiqisinin əsas janrlarından biri olaraq dəyişilməz ritmik hərəkət əsasında yaradılırdı. Ancaq  qeyd edək ki,marşabənzər musiqinin tarixi çox daha qədim zamanlara gedib çıxır. Təqdim edilən topluda Azərbaycanın musiqi tarixində də aparıcı yerlərdən birini tutan ancaq müəyyən dövr sonra unudulan marşlardan bəhs edilir. İn­­san­­lar­­da igid­­lik, cə­­sa­­rət, və­­tən­­pər­­vər­­lik ov­­qa­­tı ya­­ra­­dan mar­­şın mu­­si­­qi­­si xal­­qın həm­­rəy­­li­­yi­­ni, bir­­li­­yi­­ni, kol­­lek­­tiv gü­­cü­­nü nü­­ma­­yiş et­­di­­rirdi.Bu musiqinin sədaları altında düş­­mən üzə­­ri­­nə ye­­ri­­yən vətənimizin sücaətli oğulları,əskərləri mar­­şın əzə­­mət­­li mu­­si­­qi­­si ilə da­­ha da sə­­fər­­bər olurdu. Bu anlamda marş janrının dəyəri əvəzsizdir.

    Toplu, uzun il­­lər Azər­­bay­­can xalq mu­­si­­qi­­si­­nin top­­lan­­ma­­sı və araş­­dı­­rıl­­ma­­sı ilə məş­­ğul olan, Azərbaycanın bir çox bölgələrini, ucqar kəndlərini gəzərək qocaman musiqiçilərin, ustad sənətçilərin ifa­­sın­­dan top­­la­­dı­­ğı 500-ə ya­­xın oyun ha­­va­­sı­­nın (yad­­daş­­lar­­dan si­­lin­­miş qə­­dim ta­­ri­­xə ma­­lik rəqs me­­lo­­di­­ya­­la­­rı­­nın) folk­­lor mu­­si­­qi xə­­zi­­nə­­mi­­zə san­­bal­lı töh­­fə kimi bəxş edən folk­­lor­­şü­­nas-təd­­qi­­qat­­çı, alim Rauf Bəhmənlinin növ­­bə­­ti mü­­fəs­­səl təd­­qi­­qat­­la­­rın­­dan bi­­ri­­dir. Bu­­ra­­da marş jan­­rı­­nın ta­­ri­­xi, onun növ­­lə­­ri, ifa özəl­­lik­­lə­­ri, rit­­mik xüsusiyyətləri haq­­qın­­da ge­­niş informasiya ve­­ril­­miş­­dir.

    Rauf müəllimin  müx­­tə­­lif il­­lər­­də, Azər­­bay­­ca­­nın ay­­rı-ay­­rı böl­­gə­­lə­­rin­­dən top­­la­­dı­­ğı 10 ad­­da marşı Azər­­bay­­can Xalq Cüm­­hu­­riy­­yə­­ti­­nin ya­­ran­­dı­­ğı və möv­­cud ol­­du­­ğu dövr­­də (1918-1920-ci il­­lər ər­­zin­­də) ya­­zıl­­mış­­dır. Marş­­la­­rın mu­­si­­qi di­­li, elə­­cə də şe­­ir mətn­­lə­­ri­­nin məz­­mu­­nu on­­la­­rın məhz, həmin il­­lər­­də ya­­ran­­dı­­ğı­­nı təs­­diq­­lə­­yir.So­­vet ha­­ki­­­miy­­yə­­ti qu­­rul­­duq­­dan son­­ra ifa edil­­mə­­yən bu marş­­lar za­­man öt­­dük­­cə unu­­dul­­muş, hət­­ta kimin tə­­rə­­fin­­dən bəstələndiyi,şe­­ir mətn­­lə­­ri­­nin kimə məxsus olduğu da yad­­daş­­lar­­dan si­­lin­­miş­­dir. Mil­­li ta­­ri­­xi­­mi­­zin əziz, köv­­rək və həs­­sas dö­­nə­­min­­də ər­­sə­­yə gəl­­miş ancaq unu­­dul­­muş olan  bu marş ha­­va­­la­­rı­­nın ye­­ni­­dən bər­­pa olun­­ma­­sı mu­­si­­qi ic­­ti­­ma­­iy­­yə­­ti­­miz, ümu­­mən cə­­miy­­yə­­ti­­miz üçün çox fay­­da­­lı­­dır.

    Top­­lu­­nun 44 gün­­lük Və­­tən Mü­­ha­­ri­­bə­­sin­­də Azər­­bay­­canın qa­­zan­­dı­­­ğı­­mız ta­­ri­­xi Zə­­fə­­rin bi­­rin­­ci il­­dö­­nü­­mü ərə­­fə­­sin­­də işıq üzü gör­­mə­­si xüsusilə ma­­ni­­dar­­dır. Qoy bu marş­­lar əziz şə­­hid­­lə­­ri­­mi­­zin ru­­hu­­nu ox­­şa­­sın, qa­­zi­­lə­­ri­­mi­­zə güc, Or­­du­­mu­­za qüv­­vət ver­­sin, şə­­hid ailə­­lə­­ri­­nə tə­­səl­­li ol­­sun!

    R.Bəhmənlinin “Azər­­bay­­canın unu­dul­muş marş­­la­­rı” toplusunun hər­­bi-və­­tən­­pər­­vər­­lik mu­­si­­qi­­­mi­­zə, ümu­­mən mu­­si­­qi dün­­ya­­mı­­za zən­­gin­­lik qa­­ta­­ca­­ğı­­na ina­­nı­­rıq. Bu top­­lu mu­­si­­qi­­şü­­nas­­lıq, bəs­­tə­­kar­­lıq, həm­­çi­­nin mə­­də­­niy­­yət və in­­cə­­sə­­nə­­tin di­­gər sa­­hə­­lə­­rin­­də fə­a­­liy­­yət gös­­tə­­rən təd­­qi­­qat­­çı­­lar üçün də el­­mi qay­­naq ki­­mi də çox fay­­da­­lı ola­­caq­­dır. Rauf müəlimə sonrakı işlərində uğurlar arzulayır, öz dəyərli araşdırmaları ilə Azərbaycan musiqi elminə yeni və önəmli töhfələr verəcəyinə əminliyimizi bildirmək istəyirik.

     

     

                                      Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi,doktorant

                                                                                                            Əfəndiyev Ayxan