• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 noyabr 2021-ci il

    3 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Sabah" qrupu tələbələrinin "Zəfər günü"nə həsr olunmuş konserti keçirildi.

    Konsertdə "Fortepiano" ixtisasının ll, lll və lV kurs tələbələri Rəhimə Əhmədova, (müşayiət edir Yuliya Heydərova), A.Zeynallının "Ölkəm"; Rəşad Ağayev S.Kaçarisin "Sergey Raxmaninova ithaf"; Fərid Hacıyev (truba) və Şükufə Əlizadə A.Məlikovun "Türk qızlarının rəqsi", Zəhra-Cahan Şıxəliyeva T.Quliyevin "Prelüd" N.2 fis moll,  C.Verdinin "Lonbardtsı" operasından Orentenin ariyası, (müşayiət edir Adil Axundov), T.Quliyev "Azərbaycan", (müşayiət edir Leyla Dadaşova); Jalə İslamova, (müşayiət edir Lalə İbrahimova) Niyazinin "Arzu",  S.Raxmaninovun Etüd N.1, op.39; Lalə Gözəlova R.Şumanın "F.List-İthaf", Cəmalə Abdinzadə F.Şopenin "Noktürn" op.27 N.1 cis moll, Ülkər Məmmədzadə E.Qriqin "Prelüd", Nüşabə Hacıyeva, (müşayiət edir Taleh Yəhyayev) Niyazinin "Vətən nəğməsi"; Əzizə Ələkbərli F.Şopen Etüd N9. Op.10,  Nəriman Məsimov T.Quliyevin "Qaytağı" əsərlərini uğurla ifa etdilər.

     Lalə Gözəlova, (müşayiət edir Taleh Yəhyayev), C.Allahverdiyevin "Zəfər himni" əsərlərini ifa etdilər.

    "Sabah" qrupu tələbələrinin "Zəfər günü"nə həsr olunmuş konserti tamaşaçıların alqışları ilə başa çatdı.