• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2021-ci il

    1 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Tarix-nəzəriyyə" fakültəsinin lll kurs tələbələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsinin Zəfər gününə həsr olunmuş tədbir keçirildi.

    Tədbirdə açılış nitqi ilə "Musiqi tarixi" kafedrasının baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva çıxış edərək, 8 noyabr 2020-ci il tarixində qazandığımız şanlı Zəfər tariximizdən və 44 günlük Vətən müharibəsində tarix yazan, igidlikləri, qəhrəmanlıqları ilə dillərə dastan olan mərd oğullarımızdan bəhs edən məruzə ilə çıxış etdi.

    Ardınca tələbələr - Ülkər Tarverdiyeva, Əsmər İbazadə, Fəridə Ağalarova, Vüsalə Vəlibəyli, Selcan Şabanlı, Aytən Əliyeva, Müjgan Məmmədli hər biri vətən uğrunda canlarından keçən igid, qorxmaz şəhidlərimiz haqqında video görüntülər vasitəsilə geniş  məruzələr ilə çıxış etdilər.

    Sonda söz "Musiqi tarixi" kafedrasının müdiri, professor, Əməkdar müəllim Ülviyyə İmanovaya verildi. O da öz növbəsində şəhidlərimizin xatirəsini yad edərək, torpaqlarımızın azadlığı uğrunda daim onlara borclu olduğumuzu, Ali baş komandan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığından bəhs edərək, 30 illik həsrətə nəhayət son qoyulmasından qürur hissi keçirdiyini vurğuladı.