• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2021-ci il

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının  29 oktyabr 2021 – cil il tarixində “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda seminar keçirilmişdir.seminarda  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından Mülki Müdafiə qərargahının rəisi Səlimova Səidə və II kurs Musiqi müəllimliyi ixtisasının tələbəsi Əmirli Adil  iştirak etmişdir.

    FHN  Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarənin rəisi Azadi Quliyev tədbiri aparırdı. Tədbirdə ilk söz Əhalinin Mülki Müdafiəyəyə Hazırlığı Şöbəsinin rəisi, mayor Faiq Balakişiyev Regional mərkəzin fəaliyyət istiqamətlərindən danışdı. Daha sonra tədbirdə Dövlət Yanğından mühafizə idarəsinin inspektoru Orxan Motuxov və Dövlət Yanğına Nəzarət Xidmətinin əməkdaşı Nizami Fərəcov yanğının yaranma səbəbləri və yanğın zamanı təhlükəsizlik qaydalarına riaət edilməsi haqqında slaydlarla geniş məlumat verdilər.Bundan başqa tədbirdə çıxış edən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetnmə Dövlət Xidmətinin baş leytinantı Əlibala Əlizadə çimərlikdə təhlükəsizlik qaydaları və təhlükə yaranan zaman xilasetmə işlərindən slaydlarla maraqlı məlumatlar paylaşdı. AR FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin əməkdaşı Teymur Cəbiyev xüsusi və riskli xilasetmə xidmətləri barəsində slaydlarla təqdim edərək geniş məlumat verdi. Tədbirdə İş yerlərində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik mövzusunda Etibar Yusifli gənclərə öz tövsiyələrini bildirdi. Ən sonda AR FHN TTNDA –nın əməkdaşı Elbrus Əliyev agentliyin iş prinsipləri və dağıntıların yaranma səbəbləri , aradan qaldırılması barədə sladlarla geniş məlumat təqdim etdi.

    Tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması yolları barədə danışılıb. Həmçinin, fövqəladə hallar baş verdikdə zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.