• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1-3 oktyabr 2021-ci il

    2021-ci il 1-3 oktyabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik tədbirləri çərçivəsində Bakıda VIII Beynəlxalq “Musiqi və Rəqs” konqresi keçirildi.

    Qeyd edək ki, konqres çərçivəsində rəsm sərgiləri, konfranslar və axşam konsertləri təşkil olundu. Konsertlər isə 1-2 oktyabr tarixlərində Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında baş tutdu.

    VIII Beynəlxalq “Musiqi və Rəqs” konqresinin konsertində tələbələrlə yanaşı, Azərbaycanın görkəmli sənətkarları da bu tədbirdə iştirak edirdilər. Onların sırasında Azərbaycan Dövlət Televiziya və Radiosunun “Qaytağı” instrumental ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Sadıqov da yer almışdır.

    Tədbirin maraqlı cəhəti  Azərbaycan və Türkiyə xoreoqraflarının birgə səhnə almaları idi ki, buna konqresin rəhbəri, professor, Dr. Kürşad Gülbəyazın prezident təqaüdçüsü Çinarə Quliyeva ilə Türk milli rəqsini, eyni zamanda da Xalq artisti Cəmilə Bayramovanın Türkiyənin tanınmış xoreoqrafı professor, Dr. Gülbüz Aktaşla ilə “Naz eləmə” rəqsini, Akev universitetinin rektoru Kamilə Perçin Akgülün Yuriy Lobaçev ilə bərabər rəqs səhnələrini misal göstərə bilərik.

    Onu da qeyd edək ki, tədbirdə Türkiyə, Braziliya, Argentina, İordaniya, Xorvatiya ölkələrinin səfirləri və səfirlik nümayəndələri də iştirak edirdilər.

    Hər iki konsert bütün qonaqların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla sona çatdı.