• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr  2021-ci il

     Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 3 tələbəsi Erasmus+ KA 107 tələbə mübadilə proqramı çərçivəsində Estoniyanın Musiqi və Teatr Akademiyasında 5 ay müddətində təhsil almaq üçün seçiliblər.

    BMA-nın Fortepiano fakültəsinin magistr 2-ci kurs tələbəsi Nəriman Əmiraslanov, İfaçılıq fakültəsinin viola ixtisası üzrə 2-ci kurs tələbəsi Humay Hacızadə və Tarix-nəzəriyyə fakültəsinin bəstəkarlıq ixtisası üzrə 4-cü kurs tələbəsi Nigarxanım Süleymanova 2021/22-ci tədris ilinin payız semestrində Estoniya Musiqi və Teatr Akademiyasında təhsilini davam edəcəklər.

    Tələbələrimiz Tallin şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü münasibətilə 18 sentyabr – Azərbaycan Milli Musiqi Gününə həsr edilmiş tədbirdə çıxış ediblər. Tallində fəaliyyət göstərən Azərbaycan Evində təşkil olunmuş konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib. Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Qara Qarayevin, Cahangir Cahangirovun, Vaqif Mustafazadənin əsərləri də tədbir zamanı təqdim olunub.