7 sentyabr 2021-ci il
Azərbaycan Bəstəkarlıq Ittifaqı adından Gülnaz Abutalıq qızı Abdullazadəyə teleqram
ƏZİZ VƏ HÖRMƏTLİ GÜLNAZ XANIM!
AZƏRBAYCAN BƏSTƏKARLARI VƏ MUSİQİŞÜNASLARI ADINDAN SİZİ-RESPUBLİKANIN TANINMIŞ MUSİQİŞÜNAŞ-ALİMİ VƏ BƏSTƏKARI, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİNİ, FƏLSƏFƏ ELMLƏRİ DOKTORUNU, BAKI MUSİQİ AKADEMİYASININ PROFESSORUNU, TƏCRÜBƏLİ PEDAQOQU 75 İLLİK YUBİLEYİNİZ MÜNASİBƏTİLƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRİK!
SİZ İLK DƏFƏ OLARAQ QƏDİM VƏ ORTA ƏSRLƏRİN MUSİQİ MƏDƏNİYYƏTİNİN TARİXİ-FƏLSƏFİ, FƏLSƏFİ-ESTETİK MAHİYYƏTİNİ ARAŞDIRARAQ, MARAQLI MONOQRAFİYALAR ƏRSƏYƏ GƏTİRMİSİNİZ.
UZUN İLLƏRDİR, SİZ Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASININ ELMİ-TƏDQİQAT VƏ YARADICILIQ İŞLƏRİ ÜZRƏ PROREKTORU KİMİ FƏALİYYƏT GÖSTƏRİRSİNİZ. SİZİN ŞƏXSİ TƏŞƏBBÜSÜNÜZ VƏ SƏYİNİZ NƏTİCƏSİNDƏ YARADILMIŞ ELMİ-TƏDQİQAT VƏ ELMİ-PRAKTİKİ LABORATORİYALARDA AZƏRBAYCAN QƏDİM MİLLİ MUSİQİ ALƏTLƏRİNİN ELMİ MƏXƏZLƏR NƏTİCƏSİNDƏ BƏRPASI VƏ TƏKMİLLƏŞMƏSİ HƏYATA KEÇİRİLMİŞDİR.
BAKI MUSİQİ AKADEMİYASININ "AZƏRBAYCAN XALQ MUSİQİSİNİN TARİXİ VƏ NƏZƏRİYYƏSİ" KAFEDRASININ PROFESSORU, HABELƏ BAKI MUSİQİ AKADEMİYASININ ELMİ MÜDAFİƏ ŞURASININ ÜZVÜ KİMİ PEDAQOJİ FƏALİYYƏT GÖSTƏRƏRƏK, SİZ GƏNC MUSİQİŞÜNASLAR NƏSLİNİN HAZIRLANMASINDA VAR QÜVVƏNİZLƏ ÇALIŞIRSINIZ. SİZİN RƏHBƏRLİYİNİZLƏ ONLARLA NAMİZƏDLİK VƏ DOKTORLUQ İŞLƏRİ MÜDAFİƏ EDİLMİŞDİR.
SİZƏ BU XOŞ VƏ ƏLAMƏTDAR BİR GÜNDƏ MÖHKƏM CAN SAĞLIĞI, UZUN ÖMÜR, YÜKSƏK ƏHVAL-RUHİYYƏ, MİLLİ MUSİQİ MƏDƏNİYYƏTİMİZİN TƏRƏQQİSİ NAMİNƏ YENİ-YENİ YARADICILIQ NAİLİYYƏTLƏRİ ARZULAYIRIQ!
FİRƏNGİZ ƏLİZADƏ, ZEMFİRA QAFAROVA, CƏLAL ABBASOV, CƏMİLƏ HƏSƏNOVA.