• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyul  2021-ci il

    1 iyul 2021-ci il tarixində İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin və Örebro Universitetinin Musiqi, Teatr və İncəsənət fakültəsinin müəllimi Lena Johnson ilə onlayn görüş keçirilmişdir.

    Görüşdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak etmişdir.

    Qarşılıqlı fikir mübadiləsi zamanı İsveçin ali musiqi təhsil müəssisələri ilə Bakı Musiqi Akademiyası arasında əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanlar müzakirə edilmişdir. Xüsusi olaraq, İsveç İnstitutunun elan etdiyi grant proqramları çərçivəsində tərəfdaşlığın mümkünlüyü haqqında söhbət aparılıb.