21 iyun 2021-ci il
21 iyun 2021-ci il tarixində Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyinə həsr olunmuş “День Памяти и Скорби” adlı Beynəlxalq tədbir keçirilmişdir.
Tədbir Bakı Dövlət Universitetindəki “Russkiy Mir” Fondunun Rus Mərkəzi tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina Bakı Musiqi Akademiyası tələbələrinin "Свеча Памяти" beynəlxalq aksiyasında iştirakı haqqında məlumat vermişdir. Tədbirin musiqi hissəsi Bakı Musiqi Akademiyasının instrumental fakültəsi tələbələri Bahar Məmmədova və Nailə Xasiyeva çıxışları ilə təqdim edilmişdir. Onların ifasında Yeji Petersburskinin «Синенький скромный платочек» və Matvey Blanterin «Катюша» mahnıları səslənmişdir.