• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 iyun 2021-ci il

    24 iyun 2021-ci il tarixində Antalya Kültür və Eğitim Vakfı Universitetinin (AKEV) rektoru Prof. Dr. Kamile Perçin Akgül Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli qonağı qəbul edərək akademiyanın tədris, elmi, beynəlxalq əlaqələri haqqında geniş məlumat vermiş, gələcəkdə uğurlu ortaq əməkdaşlığın yaranacağını bildirmişdir. Görüşdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva, Elmi tədqiqat və yaradıcılıq işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru professor, Xalq artisti Yeganə Axundova və rektor müşaviri Amil Xudiyev iştirak etmişlər. Beynəlxalq əlaqələrin genişlənməsi ilə bağlı müzakirələr aparılmış və iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Antalya Kültür və Eğitim Vakfı Universitetinin rektoru Kamile Perçin Akgül Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə təbrik edərək akademiya rəhbərliyinə səmimi qarşılanmaya görə dərin minnətdarlığını bildirmişdir.