• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2021-ci il

    01 İyun  2021- ci il tarixində “Moestoso” tələbə klubu XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin dünyaya baxışını dəyişən dahi Lütfi Zadənin həyat yoluna həsr olunmuş Lütfi-zadə 100” adlı tədbirini keçirdi.   

    Tədbir  “MİCROSOFT TEAMS” programında online formatda keçirildi.  

    “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova tədbirdə ön sözlə söyləyərək, Lütfi-Zadənin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu, görkəmli azərbaycanlı alimin adının dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunduğunu dilə gətirdi.  Daha sonar “Tarix-nəzəriyyə” fakültəsinin Musiqişünaslıq ixtisasının I kurs tələbəsi Əliyeva Özləm Lütfi-Zadənin bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşfləri haqqında məruzə səsləndirərək, 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alimin Texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini söylədi.

    Daha sonra Lütfi-Zadəninin xatirəsini yad etmək məqsədi ilə, klubun tələbələri görkəmli alimin dünya tarixinə düşən 10 müdrik kəlamını səsləndirdi. Və bu kəlamlardan müsbət təsirləndiklərini söylədilər.

    Sonda “Fortepiano” fakültəsinin Sabah qrupunun II kurs tələbələri, Beynəlxalq Respublika Müasbiqələri Laureatları Abdinzadə Cəmalə və İsayeva “Jalə Alban xalq mövzuları əsasında süita” (F.Əmirova-E.Nəzirova) musiqi əsərini səsləndirdi. Möhtəşəm ifanın həmən ardından Professor Gülzar Mahmudova tələbələrin belə bir mövzuda maariflənməsini çox təqdirəlayiq bir hal olduğunu söyləyərək,  bu işdə əməyi keçən hər bir tələbəni  alqışladı və onlara Lütfi-Zadənin müdrik kəlamlarını həyatda özlərinə şüar seçməyi arzu etdi.