• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 iyun 2021-ci il

    2021-ci il 6 iyun tarixində dünya şöhrətli opera müğənnisi, Azərbaycanın Xalq artisti, pedaqoq, Azərbaycan Dövlət "Şöhrət" və " Şərəf" ordenləri mükafatçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xuraman Əkrəm qızı Qasımovanın 70 yaşı tamam olur.

    Hər zaman mədəniyyətimizin inkişafına tövhələr bəxş edən sənət adamlarını layiqincə qiymətləndirən, böyük dəyər verən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci il 6 iyun tarixində yubiley münasibətilə Xalq artisti Xuraman Qasımovanın Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzun müddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

    Yubiley və "İstiqlal" ordeninə layiq görülməsi münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, professoru, Xalq artisti, hörmətli Xuraman xanım Qasımovanı Bakı Musiqi Akademiyasının kollektivi adından ürəkdən təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!