• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyun 2021-ci il

    2 iyun 2021-ci il tarixində Bakı Musiqi Akademiyasında təşkil edilmiş İngilis dili klubunu müvəffəqiyyətlə bitirmiş tələbələr yekun təqdimatlarla çıxış ediblər.

     Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin tələbələri Nəzrin Babayeva, Mədinə Hüseynova, Nüşabə Hacıyeva və Elnurə Sadıqova, İfaçılıq fakültəsinin tələbələri Günel İsmayılova, Osman Mustafazadə, Sübhan Rüstəmov və Kamran Talıblı, Tarix-nəzəriyyə fakültəsinin tələbələri Gülər Babayeva və Müjgan Məmmədli dərslərdə aktiv iştirak etmiş və kursu uğurla keçmişlər.

    Qeyd edək ki, 2020/21-ci tədris ilində Bakı Musiqi Akademiyasında İngilis Dili Klubu British Council tərəfindən elan olunan Creative Spark proqramı çərçivəsində təşkil edilib və İngilis dili dərslərini BMA tələbələri üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri, AZMİU-da Creative Spark proqramının meneceri Türkan Əliyeva tədris edib.

    Onlayn tədbirdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova klubu uğurla bitirmiş tələbələri təbrik etmiş və onlara uğurlar arzulamışdır. Britaniya Şurasının Təhsil proqramları üzrə koordinatoru Sevinc Ağazadə Creative Spark proqramının tələbələrin inkişafı üçün yaratdığı imkanları və İngilis dili biliklərinin təkmilləşdirilməsi üçün İngilis dili klubunun əhəmiyyətini qeyd etmiş, təqdimatlarını uğurla etmiş tələbələri təbrik etmişdir.