• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 may 2021-ci il

    Nəsimi Rayonu Yeni Azərbaycan Partiyası  və Bakı Musiqi Akademiyasının birgə layihəsi

    25-05-2021 ci ildə 28 may Respublika günü münasibətilə Bakı Musiqi Akademiyasının 2-ci Qarabağ müharibəsində istirak edən məzun və tələbələri ilə Zoom proqramında görüs keçirildi.Tədbir şəhidlərimizin xatirəsini  bir dəqiqəlik sükutla yad etməklə başlandı. Daha sonra BMA –nın  məzunu Qazi  bəstəkar Vüqar Məmmədzadənin yazdığı marş səsləndirildi.

    Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin gənclərə öz ürək sözlərini ifadə edən video rolik təqdim edildi. İgid əsgərlərimizə, qazilərimizə  söz verilərək, onların yaşadıqları çətin döyüşlərin xatirələri və qələbə sevincinin həyəcanları dinlənildi.

    Nəsimi Rayonu YAP sədri, Mİllət vəkili Məlahət İbrahimqızı, tədris işləri üzrə  prorektor professor, Nərminə  Quliyeva, beynəlxalq   əlaqələr və sosial məsələlər üzrə prorektor professor Yeganə Axundova, elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulov  və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, xarici  tələbələrlə iş üzrə mütəxəssis Röya Hüseynova  çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin apardığı  uğurlu siyasət nəticəsində qazanılmış zəfərdən və müharibə iştirakçılarının misilsiz sücaətlərindən bəhs etdilər. Çıxış edənlər vətən müharibəsində iştirak etmiş BMA-nın tələbə və məzunlarının simasında bütün igid əsgərlərimizə təşəkkür etdilər, şəhidlərimizin ölməz xatirəsini dərin hüznlə yad etdilər.

    Sonda  BMA-nın baş elmi işçisi dosent eyni zamanda, Qazimiz Vüqar Məmmədzadənin anası Maya Qafarova diqqət və qayğıya görə  çıxış edənlərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.