9 may 2021-ci il
9 May 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubunun “Bölgədə sülh Azərbaycan siyasətinin ayrılmaz tərkib hissəsi kimi”mövzusunda növbəti tədbiri keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev mövzu ətrafında sülhün qorunması və müharibənin fəsadları barəsində maarifləndirmə məruzəsi ilə çıxış edərək, tələbələrə “Sülh”ün bir cəmiyyətin, bütövlükdə bəşəriyyətin arzuladığı dəyər olduğunu söylədi. Professor milli-mənəvi dəyərlərimizin zorakılığı, qəddarlığı qəbul etmədiyini, ancaq vətənlə, torpaqla bağlı olan istənilən məsələdə milli mentalitetimizin vətəndaşları dövlətin dayağı olan ordunun sırasına çəkdiyini söylədi. Sülh istəyən dövlət başqasının torpağına tamah salmaz. Torpaqlarımıza tamah salanları işğalçılıq niyyətindən ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərinin döyüş əzmi və qələbə ruhu ilə daşındırdıq deyərək, tələbələri müzəffər ordumuzun igid əsgərlərinin qanı, canı bahasına qələbə çaldıqları Qarabağ torpağını- əzəli Azərbaycan torpağını göz bəbəyi kimi qorumaqa və əmanətə layiqincə sahib çıxmaqa çağırdı.
Tədbirin sonunda tələbələr professor Tərlan Quliyevə dəyərli çıxışına görə minnətdarlıq hissi ilə təşəkkülərini bildirdilər.