• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 may 2021-ci il

    07.05.2021 ci il tarixində “Maestoso” tələbə klubu  Ümumimilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş xatirə tədbiri keçirdi.

    TƏDBİRİN PROGRAMI

    • Heydər Əliyevin ömür yolunu əks etdirən videoçarx.
    • ”Heydər Əliyev və Mstıslav Rostropoviçin dostluğunun Azərbaycan musiqi mədəniyyətinə tövhəsi”- Seyidova Günel II kurs magistr.”Musiqi nəzəriyyəsi”
    • ”Azərvbaycan musiqi mədəniyyətində Heydər Əliyev fenomeni”- Babayeva Gülər IV kurs “Etnomusiqişünaslıq”
    • ”Heydər Əliyevin bənzərsiz mahnı ustası, SSRİ XALQ ARTİSTİ Rəşid Behbudov haqqında söylədiyi nitq”- səsləndirdi Hacıəliyeva Həmidə I kurs “Musiqişünaslıq”
    • Heydər Əliyevin XALQ ARTİSTİ Ramiz Mustafayevə yazdığı təbrik məktubu”- səsləndirdi Məmmədli Mujgan II kurs “Etnomusiqişünaslıq”
    • Heydər Əliyevin XALQ ARTİSTİ Yaqub Məmmədova yazdığı təbrik məktubu”- səsləndirdi İbazadə Əsmər II kurs “Musiqişünaslıq”
    • Video görüntü- Tofiq Bakıxanov “Xatirə”. Tarda ifa etdi: Respublika və beynəlxalq müsabiqələr laureatı Qurbanov Emil

    Müşaiət etdi: Respublika və beynəlxalq müsabiqələr laureatı, Ü.HACIBƏYLİ adına Bakı Musiqi Akademiyasının SABAH qruplarının II kurs tələbəsi Abdinzadə Camalə

    Baş tutan tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova Heydər Əliyevin Azərbaycan cəmiyyətini saflaşdırdığını və gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyduğunu dilə gətirdi. Daha sonra Bakı Musiqi Akademiyasının  “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri professor Könül Nəsirova Heydər Əliyevin musiqi xadimlərinə göstərdiyi diqqətdən bəhs açaraq gənc tələbələri məhz Ulu öndərin  Azərbaycanın Musiqi mədəniyyəti tarixində buraxdığı izləri araşdırıb məruzə etdikləri üçün alqışladı.