• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 may 2021-ci il

    8 May 2021-ci il tarixində Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümünə həsr olunmuş “Сердце помнит! Память чтит!” adlı Beynəlxalq Konfrans keçirilmişdir.

    Konfrans Bakı Dövlət Universitetindəki “Russkiy Mir” Fondunun Rus Mərkəzi tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina Azərbaycan musiqiçilərinin Böyük Vətən müharibəsində iştirakı və Azərbaycan bəstəkarlıq yaradıcılığında hərbi mövzunun əks olunması haqqında ətraflı məlumat vermişdir.  Tədbirin musiqi hissəsi Bakı Musiqi Akademiyasının instrumental fakültəsi tələbələri Nailə Xasiyeva, Ruslan Persan və Emil İsmayılovun çıxışları ilə təqdim edilmişdir. Onların ifasında A. Paxmutovanın " Надежда", R. Xozakın "От героев былых времён", V. Solovyov-Sedoyun " Подмосковные вечера" mahnıları səslənmişdir.