• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7-8 may 2021-ci il

    “BMA-100”. Magistr tələbələrin respublika elmi konfransi keçirilmişdir

    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qərarına uyğun olaraq, 7-8 may 2021-ci  ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100-illik yubileyi çərçivəsində “BMA-100” magistr tələbələrin Respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyasının magistr tələbələri iştirak etdilər.

    Konfransın açılışında Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın elm və yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, BMA-nın tarix-nəzəriyyə fakultəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova, “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  dosent Elmira Pənahova iştirakçıları salamlayıb, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibətilə təbrik etdilər. 

    Konfrans maraqlı və professional səviyyədə keçdi. İki gün ərzində 17 məruzəçinin işi dinlənildi.  Mövzular əhatə dairəsinin genişliyi  və müxtəlifliyinə görə diqqəti cəlb edirdi. Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz roluna, 100-illiyi qeyd olunan BMA-nın tarixinə, dahi Azərbaycan mütəfəkkiri Nizami irsinin çağdaş dövrün incəsənətində əks-sədalarına,  həmçinin müasir musiqişünaslığın problemlərinə həsr olunmuş aktual məsələlər müzakirə olundu. BMA-nın tarix-nəzəriyyə fakultəsinin dekanı,  professor Gülzar Mahmudova, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor  Könül Nəsirova,  “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar müəllim, professor Ülviyyə İmanova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq üzrə prorektoru, dosent Elmira Pənahova BMA-nın professorları İmruz Əfəndiyeva, Mina Hacıyeva, dosent Alyona İnyakina məruzələrin dinlənilməsində və müzakirələrdə iştirak edirdilər. Konfransda çıxış edən komissiya üzvləri təqdim olunan məruzələrin əhatəliliyini xüsusi qeyd etdilər. Ümumi fikri nəzərə alaraq, bu məruzələrin “Musiqi dünyası” jurnalında dərc olunması tövsiyə olundu.