• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 May 2021-ci il

    Əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında

    4 May 2021-ci il tarixində Azərbaycan Respublikası  Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub. Tədbirdə 49 ölkədən olan 71 əcnəbi tələbə, ali təhsil müəssisələrinin nümayəndələri və Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Təşkil olunmuş səfərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan  İran İslam Respublikası vətəndası, magistr pilləsinin bəstəkarlıq ixtisası üzrə I kurs tələbəsi  Amirian Sara Aliakbar qızı iştirak etmişdir. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Azərbaycan ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib, eləcə də digər zəruri məqamlarla tanışlıq təşkil edilib.

    Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.