• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 aprel 2021-ci il

    Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının  "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina xanım Hacıyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzi Elmi təminat və araşdırmalar şöbəsi tərəfindən 27 aprel 2021-ci il tarixində keçirilən “İdarəçilikdə müasir tendensiyalar: Yeni mədəni menecment” adlı onlayn seminarında çıxış edərək “Müasir musiqi menecmentinin Azərbaycan musiqisinə tətbiqi” adlı məruzəsində incəsənət sahəsində menecment fəaliyyəti, musiqi menecmenti, bu istiqamətlərdə beynəlxalq təhsil və təcrübənin əhəmiyyəti, həyata keçirilən layihələrdə müasir idarəetmə modelləri və digər istiqamətlərdən geniş söhbət açmışdır.

    Seminarda eyni zamanda Mərkəzin şöbə müdirləri və əməkdaşları, Azərbaycan  rayonları Heydər Əliyev Mərkəzlərinin direktorları, Mədəniyyət evlərinin və muzeylərin direktorları iştirak etmişlər.

     Moderator  isə İnnovativ inkişaf və təbliğat şöbəsinin İnnovasiyalar və kreativ layihələr sektorunun metodisti Türkan Həsənova idi.