19 aprel 2021-ci il
19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilib.
Vebinarda açılış nitqi ilə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut çıxış etmişlər.
Panel məruzəçiləri qismində isə UNICA-nın prezidenti prof. Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti prof. Perikles A. Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu və Varna Tibb Universitetinin professoru Todorka Kostadinova çıxışlarını təqdimatla etdilər.
Vebinara Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı 300-ədək iştirakçı qatılıb. Vebinarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak etmişdir.
Onlayn görüş zamanı ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün təhsil ictimaiyyətinə psixoloji təsiri, distant təhsilin yaratdığı imkanlar, distant təhsildən istifadə qaydaları və səmərəliliyinin artırılması üçün görüləcək işlər müzakirə edilmişdir.