23 aprel 2021-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina xanım Hacıyeva 2021- ci il 23 aprel tarixində Başkir Dövlət Universitetində "Müasir insanın varlığının etno-tarixi, hüquqi və mədəni-linqvistik əsasları" adlı Beynəlxalq Elmi və Praktik Konfransda çıxış etmişdir.
Konfrans etnosların, müasir insanın və cəmiyyətin mənəvi, fəlsəfi, siyasi- hüquqi, dil inkişafının aktual məsələlərinin hərtərəfli öyrənilməsinə yönəldilmişdir. Müxtəlif ölkələrin(Rusiya, Moldova, Vyetnam, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan) konfrans iştirakçıları öz mövzularıyla maraqlı çıxışlar etmişlər. Professor M.Hacıyeva beynəlxalq konfransda "Azərbaycan mədəniyyətinin inkişafı" adlı mövzu ilə çıxış etmiş, Azərbaycan qədim tarixindən, orta əsr alimlərindən, şair-filosoflarından və XX-XXI əsr bəstəkarların əsərlərindən bəhs etmiş, qədin Azərbaycan torpaqları, Qarabağı qaytarılan II Qarabağ müharibəsi haqqında ayrı-ayrı ölkələrin alimlərinin nəzərinə çatdırmışdır. Professor Mina xanım Hacıyeva rəhbərliyi altında Tarix-nəzəriyyə fakültəsinin 4 cü kurs tələbəsi Gülər Babayeva "Azərbaycanda xanəndəlik sənətinin inkişafı" adlı mövzusu ilə konfransda çıxış etmişdir.