• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 aprel 2021-ci il

    Bəşəriyyət üçün qlobal problemlərdən biri də  narkomaniyadır. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz, dərin fəsadlar yaratması hər kəsə məlumdur.

    Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.

    Gənclər və yeniyetmələr  arasında narkotik maddələrin daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə olduğu kimi,

     Azərbaycanda da tədris, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda  sağlam nəslin formalaşması istiqamətində maarifləndirici  tədbirlər təşkil olunur.

    2021-ci il 22 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı online görüş keçirildi.

    İlk öncə vebinarda BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor  Yeganə Axundova hər kəsi salamlayaraq,  tədbiri açıq elan etdi. Sonra o, akademiyanın rektoru, SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin salamlarını  və bu kimi maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini iştirakçıların nəzərinə çatdırdı. Y.Axundova narkomaniyanın insan sağlamlığına zərərləri, onun fəsadları haqqında danışaraq, həmçinin tələbələr arasında  Narkomaniya və digər zərərli vərdişlərə qarşı  maarifləndirici tədbirlərin keçirildiyini vurğuladı.

    Sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyevə söz verildi. R.Allahverdiyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunundan bəhs etdi. O, həmçinin  ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğuladı.

     Daha sonra Bakı şəhər Narkoloji Mərkəzin həkim narkoloqları Fizzə Baxışova, Təriqə Quliyeva Narkomaniyanın ağır fəsadlarını izah etdilər. Onlar keçirilən görüşdə ilk növbədə statistik rəqəmlərə müraciət edərək narkomaniyanın ən çox əhalinin hansı yaş qrupları arasında daha geniş yayılmasını rəqəmlərlə iştirakçıların diqqətinə çatdırdılar. Həkimlər narkotik vasitələrdən asılılıq müayinələri, test mərkəzləri haqqında ətraflı məlumat verdilər. Vebinarda narkotik vasitələrdən asılı olan insanlarla münasibətlərdə riayət olunması vacib olan şərtlər, incəliklər, narkomanların ailələrinin, yaxınlarının üzərinə düşən məsuliyyət yükü, narkomaniyanın acı sonluqları, narkomanlar ilə aparılan müalicə metodları, psixo terapiya  və s. kimi mövzular da müzakirə olundu.

    Sonda məruzəçilər mövzu ətrafında tələbələrlə müzakirə apararaq, onları maraqlandıran sualları cavablandırdılar.