• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 aprel 2021-ci il

    Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: covid -19

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında 2021-ci il 22 aprel tarixində “Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: covid-19” mövzusunda aparıcı elmi-işçi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin onlayn qaydada seminarı keçirilmişdir.

    Məruzəçi qeyd etmişdir ki, pandemiya dövründə ölkəmizdə tətbiq olunmuş sərt karantin rejiminin qaydalarına tam riayət olunmaqla müəyyən elmi tədqiqatlar aparılmış, müxtəlif elmi problemlərin daha da dərindən öyrənilməsi davam

    etdirilmiş, müxtəlif onlayn seminarlar və onlayn elmi konfranslar keçirilmiş, habelə bu işlər də bir çox hallarda müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparılmışdır.

    O, qeyd etmişdir ki, hal hazırda laboratoriyamızda musiqi elminin müxtəlif istiqamətlərində, o cümlədən də Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud–tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində də elmi araşdırmalar aparılır. Bu elmi-tədqiqat işləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə, onun kollektivi və elmi-laboratoriyasının əməkdaşları tərəfindən xalqımızın musiqi mədəniyyətinə verdiyi daha bir töhvədır.

    Lakin bu dövrdə Azərbaycan milli–etnik instrumental ifaçılıq sənətində müəyyən geriləmələr və deqradasiyalar da baş vermişdir. Belə ki, muğam ifaçılığında bir çox hallarda sərbəst gəzişmə və improvizasiya adı altında az qala caz improvizasiyaları və ağıla gəlməz, habelə mənşəyi bəzən heç bilinməyən musiqi parçaları ifa olunur. Doğrudur, bu gün instrumentalistlərin ifaçılıq texnikası və alətdən istifadə etmə bacarıqları yüksək səviyyədədir. Lakin onların bu bacarıqlardan gözəl və yüksək zövqlə istifadə edə bilməmələri təəssüf doğurur. Öz texniki imkanlarını göstərmək üçün musiqilərimizi olduqca biabırçı şəkilə salırlar. Sanki onlar unutmuşlar ki, ifaçının ifaçılıq texnikası elə musiqini daha da dolğun, sanballı, təravətli və cazibədar forma və məzmunda ifa etməyə yönəlməlidir. Bizdə isə bir çox hallarda əksinə olur.

    Məruzəçi daha sonra qeyd etmişdir ki, muğamlarımızın bu günə qədərki vəziyyəti haqqında gələcək nəsillər mütləq müəyyən bilgilər əldə etməlidirlər. Odur ki, muğamlarımızın bu günki vəziyyətini, bu günki formasında nota yazıb çap etdirməkdə də əsas məqsədlərimdən biri bu olmuşdur. Çünki hər muğam ifaçısı öz istədiyi kimi ifa edir. Bu səbəbdən də zaman keçdikcə muğamlarımızda yeni-yeni dəyişikliklər və deqradasiyalar yaranır.

    Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirmişdir. Müzakirələrdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi İmina Əliyeva, Xalq artisti, dosent Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayeva, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, boyük elmi işçi Zeynal İsayev, elmi işçi Nigar Bayramova, elmi işçi Ayxan Əfəndiyev və digər əməkdaşlar seminar ilə bağlı fikir mübadiləsi aparmışlar. Seminar çox böyük marağa səbəb olmuş və yüksək coşqu ilə keçmişdir.

    Zeynal İsayev

    böyük elmi işci

    Azerbaijan classical mugam performance and pandemic: covid -19

     Leading researcher on "Azerbaijan classical mugam performance and pandemic: covid-19" on April 22, 2021 in the scientific research laboratory of BMA named after U.Hajibeyli "Research of oral traditional Azerbaijani professional music and its new directions: Organology and acoustics" , Honored Art Worker, Doctor of Philosophy in Art History, Professor Arif Asadullayev held an online seminar.

    The rapporteur noted that certain scientific researches were conducted in full compliance with the rules of the strict quarantine regime applied in our country during the pandemic, various scientific problems were studied in depth, various online seminars and online scientific conferences were held, as well as modern information. was carried out with the application of technologies and innovative technical means.

    He noted that at present in our laboratory in various areas of musicology, including the determination of amplitude-frequency characteristics of one of the most important acoustic characteristics of the sound wave of the national folk instrument of Azerbaijan kamancha, and thus the science of harmonics, one of the main reasons for its timbre Scientific research is also being conducted to determine the point of view. This research work is another contribution to the musical culture of our people on the occasion of the 100th anniversary of the Baku Music Academy named after Uzeyir Hajibayli, its staff and employees of the scientific laboratory.

    However, during this period, there were some setbacks and degradations in the national-ethnic instrumental art of Azerbaijan. Thus, in many cases, mugam singing is performed under the guise of free walking and improvisation, almost jazz improvisations and unimaginable, as well as sometimes unknown pieces of music. It is true that today instrumentalists have a high level of performance technique and ability to use the instrument. However, it is unfortunate that they are not able to use these skills beautifully and with great pleasure. They show our music in a very embarrassing way to show their technical capabilities. It is as if they have forgotten that the performer's technique should be aimed at performing the music in a fuller, more dignified, fresh and attractive form and content. In our case, the opposite is often the case.

    The speaker further noted that future generations should get some information about the current state of our mughams. Therefore, this was one of my main goals in writing and publishing a note on the current state of our mughams in their current form. Because every mugam singer performs as he wants. For this reason, over time, new changes and degradations appear in our mughams.

    At the end of the seminar, the head of the research laboratory, Doctor of Philosophy in Art History, Associate Professor Nurida Ismayilzadeh praised the speech of the speaker and expressed his valuable views on the topic. Doctor of Philosophy in Art History, Leading Researcher Imina Aliyeva, People's Artist, Associate Professor Zumrud Mammadova, Doctor of Philosophy in Art History, Chief Researcher Mehpara Rzayeva, Chief Researcher, Composer Rufat Ramazanov, Senior Researcher Zeynal Isayev, Senior Researcher Nigar Bayramova, Researcher Aykhan Efendiyev and other staff members exchanged views on the seminar. The seminar aroused great interest and was held with great enthusiasm.

     

      Zeynal Isayev

    Senior researcher.