• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 mart 2021-ci il

    16 mart 2021-ci il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, bəstəkar və pianoçu Etibar Əsədli tərəfindən BMA-nın Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbələri üçün “Musiqi sahəsində sahibkarlıq” mövsuzunda mühazirə keçirilib.

     Giriş sözü ilə çıxış edən Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonağa mühazirənin keçirilməsinə görə təşəkkürünü bildirmiş, mövzunun aktuallığını bir daha vurğulamış  və bütün iştirakçılara uğurlar arzulamışdır.

     Qeyd edək ki, mühazirə Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən və BMA-nın tərəfdaşı olduğu Creative Spark Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində təşkil olunub. Onlayn formatda baş tutmuş görüşdə musiqi və kreativ sahibkarlıq sahələrində mövcud problemlər və imkanlar, freelancerlik fəaliyyəti, musiqiçilər üçün biznes bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bir sıra digər məsələlər müzakirə olunub.