• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 mart 2021-ci il

    Azərbaycan-İran dostluq əlaqələrinin musiqi  mədəniyyətində təzahürü

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: “Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə 11 mart 2021-ci il  tarixində İranın görkəmli ustad sənətkarı, elm xadimi, bəstəkar, dirijor Fərhad Fəxrəddininin yaradıcılığına həsr olunmuş onlayn elmi seminar təşkil olunmuşdu. Elmi seminar,  məruzəçi, Bakı Musiqi Akademiyasının doktorantı,elmi işçisi, bəstəkar İlahə Qismət qızı İsrafilova tərəfindən keçirildi.

     Giriş sözü ilə çıxış edən  elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadə, qonaq qismində iştirak edən İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ağayi Əliəkbər Purmercanı, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Azad Rzayevi, tərcüməçi Səpidə Haşemini və laboratoriyanın elmi işçilərini salamlayaraq seminarı açıq elan etdi. N.İsmayılzadə çıxışına başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqlar arasında  mehriban və sülh şəraitində yaşamasının vacib olmasını dəfələrlə söylədiyini və keçirilən hal-hazırki seminar ilə ölkə başçısının çağırışının musiqişünas-alimlər tərəfindən  yüksək önəm verilərək dəyərləndirilməsini qeyd etdi.

    Məlumdur ki,Azərbaycanın ərazisində yaşayan bütün xalqlar dilindən və dinindən asılı olmayaraq bərabərlik hüququna malikdilər.Bunu ölkəmizə gələn qonaqlar həmişə etiraf edirlər və Azərbaycanı multikultural dəyərlərə əsaslanan ölkə modeli kimi nümunə olaraq göstərirlər.Öz vətənlərinə sadiq olan azsaylı xalqların nümayəndələri 44 günlük II Qarabağ müharibəsində döyüşlərdə həmrəyliklərini göstərərək doğma torpaqları uğrunda qəhrəmanlıq nümayiş etdirmişdilər. Bu gün müxtəlif xalqlarla yanaşı ermənilərin də bizim ərazilərimizdə normal şəraitdə yaşamasının şahidi oluruq.

    Müharibədən qalib çıxmış Azərbaycan hər zaman olduğu kimi qonşu ölkələrlə dostluq və sülh şəraitində yaşamaq niyyətini dəfələrlə bütün dünyaya bəyan etmişdir.Prezident İlham Əliyevin müharibədən sonrakı aylarda təklif etdiyi 6-lıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan) buna misaldır.Həmişə sözünə əməl edən ölkə başçımız gələcəkdə də xalqların sülh şəraitində yaşamasnın başlıca təminatçısıdır.

    N.İsmayılzadə Azərbaycan və İran musiqi əlaqələrinin, hələ 1918- ci ildə Azərbaycanın dahi bəstəkarı və klassiki Üzeyir Hacıbəylinin səfəri zamanına təsadüf etdiyini və bəstəkarın bəzi əsərlərinin İranın müxtəlif şəhərlərində nümayiş etdirildiyini vurğulayaraq bildirdiki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra isə iki ölkə arasında  mədəni əlaqələr müxtəlif sahələrdə daha da genişlənərək yüksək səviyyəyə çatdırılmışdır.

    Qonsu ölkələr arasında İran İslam Respublikası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və iki ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələri bugün də genişlənməkdədir.Təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi İrandan Bakı Musiqi Akademiyasında tələbələrin təhsil alması,doktorantların elmi-tətqiqat işlərinin aparılmasını qeyd etmək olar. Bizim görkəmli musiqiçilərimizin İranın dövlət tədbirlərində konsert proqramları ilə çıxışları, eyni zamanda İranın musiqiçılərinin ”Muğam aləmi” sımpozium çərçivəsində təşkil olunan müsabiqələrdə iştirak etmələrini vurğulamaq lazımdır. İranda milli və dini musiqinin yüksək səviyyədə inkişaf etməsi bizə məlumdur. Lakin, martın 11-də onlayn qaydada keçirilən elmi seminar İranın  məhz klassik musiqisinin parlaq nümayəndəsi olan Fərhad Fəxrəddinin bəstəkarlıq fəaliyyəti ilə bağlı olmuşdur.

    Daha sonra elmi məruzə ilə çıxış üçün söz İlahə İsrafilovaya verildi. Seminarın Ustad Fərhad Fəxrəddininin doğum gününə həsr olunduğunu bildirən  İ.İsrafilova, öz məruzəsində  bəstəkarın yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyini diqqətə çatdıraraq, xüsusilə, bəstəkarın İran Milli Musiqisinin tarixi ,  muğam,  kino musiqisi, elmi-tədqiqat işləri haqqında ətraflı məlumatlar təqdim etdi. Məruzəçi, Fərhad Fəxrəddininin monumental əsərlər ərsəyə gətirdiyini, qədim şərq musiqisinin elmi tədqiqatları ilə müasir dövrün tədqiqatçılarının yaradıcılığı arasında böyük körpünün yaratdığını vurğuladı. Daha sonra bəstəkarın məşhur əsərləri arasında “İbn Sina” süitası, Azərbaycan tarı üçün yazılmış konserti və “İmam Əli”  tarixi serialından saundtreki İ.İsrafilova tərəfindən nümayiş etdirilmişdir.

     Növbəti çıxış üçün söz Fərhad Fəxrəddininin Azərbaycan tarı üçün yazılmış konsertinin ilk ifaçısı elmi laboratoriyanın baş elmi işçisi, xalq artisti, professor Ramiz Quliyevə verildi. R.Quliyev öz çıxışında Azərbaycan İran mədəniyyət əlaqələri haqqında, ustad bəstəkarla yaradıcılıq əlaqələrindən Fərhad Fəxrəddininin dirijorluğu ilə konsertdə çıxış etdiyini xatırlatdı.

    Seminarda çıxış edən İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ağayi Əliəkbər Purmercan musiqi əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu vurğuladı və 2021-ci il Azərbaycanda Nizami ili elan olunduğuna görə iki ölkə arasında birgə layihələrin keçirilməsini arzuladı. Elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, xalq artisti Zümrüd Məmmədova İrandakı konserti və festival səfərlərindən danışaraq, İran musiqiçiləri ilə gələcəkdə də əməkdaşlıq etməsinin vacib olduğunu qeyd etdi.Çıxış edənlərin arasında laboratoriyanın böyük elmi işçisi Zeynal İsayev və tərcüməçi Səpidə Haşemi də var idi. S.Haşemi öz çıxışında F.Fəxrəddininin adından iştirakçıları salamlayaraq öz minnətdarlığını bildirdi.

     

     

    Elmi-tədqiqat laboratoriyasının müdiri,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru:   

    Nuridə Ismayılzadə