• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10-11 mart 2021-ci il

    10 və 11 mart 2021-ci il tarixlərində Estoniya Musiqi və Teatr Akademiyasının Bəstəkarlıq, improvizasiya və müasir ifaçılıq departamentinin müəllimi, səs texnologiyaları üzrə mütəxəssis Tammo Sumera tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə tələbələri və məzunları üçün “Max / MSP proqramına giriş” mövzusunda Zoom platforması vasitəsilə onlayn mühazirələr keçirilib.

     Mühazirələr iki akademiya arasında icra olunan Erasmus Beynəlxalq Kredit Mobilliyi 2019 Proqramı çərçivəsində təşkil olunurlar.

     Qeyd edək ki, mühazirələr hər iki ali təhsil müəssisəsinin Beynəlxalq əlaqələr şöbələrinin dəstəyilə təşkil olunub.