• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 fevral 2021-ci il

    24 fevral 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndələri, “2007-2015-ci il Dövlət Proqramı” məzunları, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə onlayn təlimdə iştirak etdilər.

    Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə etdi.

    İlk öncə təlimi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıq elan edərək, təlimçiləri təqdim etdi.

     Sonra təlimin açılış nitqini Təhsil Nazirinin müavini Firudin Qurbanov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov etdilər. Onlar dezinformasiyanın qarşısının alınması, SMM kanallarında məlumatların düzgün yayılması, Təhsil Nazirliyinin media ilə əməkdaşlığı, peşekar və məsuliyyətli jurnalistikanın, mətbuat xidmətlərinin  inkişaf etdirilməsi barədə məlumatlar verdilər.

    Ardınca söz digər təlimçilərə verildi.

    Əvvəlcə Koreyada "Sənaye və sistem mühəndisliyi" üzrə ixtisaslaşmış Səyyarə Hüseynova dövrümüzün aktual SMM kanallarından olan "İnstagram" və "Clubhouse" sosial şəbəkələrindən, bu kanalların tarixçəsi, istiqamətləri, dünya və ölkəmiz üzrə istifadəçi statistikası, burada gəlirli məzmunlar, reklam növləri, trendlər, bloger piyarı haqqında video təqdimat formasında ətraflı izah etdi.

    Digər təlimçi Mançester Universitetinin "Komputer elmləri, biznes və idarətmə" fakültəsinin məzunu Səkinə Vəliyeva Sosial Media Marketinqi, sosial medianın alqoritmi, ən çox istifadə edilən platformalardan və onların özəlliklərindən (facebook, youtube, whatsapp, instagram) bəhs etdi.

    Daha sonra NewCastle Universitetinin Marketinq üzrə ixtisaslaşmış məzunu Zəhra Məmmədli iştirakçılara "Youtube"un qısa tarixçəsi, onun biznes üçün istifadə qaydaları, "Tiktok" sosial media kanalının təhsil sahəsində istifadə edilə bilməsi barəsində iştirakçılara geniş məlumatlar verdi.

    Sonda isə iştirakçıların mözvu ilə bağlı bütün sualları ətraflı şəkildə cavablandırıldı və Sosial Media Marketinqi haqqında olan bu təlim hər kəs tərəfindən maraqla qarşılandı.