• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 fevral 2021-ci il

    "Mugam Aləmi" beynəlxalq festivallar çərçivəsində elmi simpoziumlar      

    16 fevral 2021-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynovanın “Muğam aləmi” Beynəlxalq Festivallar çərçivəsində elmi simpoziumlar” adlı Zoom proqramı ilə onlayn seminarı keçirildi. 

    Muğam digər janrlarla yanaşı, Şərq xalqlarının milli mənəvi dəyərlərinin, tarixi və mədəni əlaqələrinin qorunub saxlanılmasında və inkişafında müstəsna rol oynayır.

    Nərminə Hüseynova öz çıxışında qədim şərqin musiqi janrlarından olan muğamın dünya musiqi mədəniyyətində öyrənilməsinin ən mühüm obyekti kimi daim tədqiqatçıların diqqətində olduğunu qeyd edərək bildirdi ki, müasir zaman daxilində muğamın araşdırılıb, təhlil edilib, öyrənilməsində Azərbaycan musiqi xadimləri  yeni perspektivlər və reallıqlar və böyük imkanlar  açır. Məhz UNESCO-nun qərarı ilə (2003-cü il) keçirilən  və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva muğamın inkişafında Azərbaycan xalqının musiqi mədəniyyətini əhəmiyyətli dərəcədə zənginləşdirdi.

    Məruzəçi “Muğam aləmi” Beynəlxalq Festivalının hər iki ildən bir  mart ayında, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi ilə  keçirildiyini qeyd etdi. İlk Festival 2009-cu il, 18-25 martda Bakı şəhərində keçirilib.  “Muğam aləmi” Beynəlxalq Festivallarının əsas məqsədi muğam sənəti ilə yanaşı, muğamın təhsili, tədrisi, eləcə də ifaçılıq sənətinin öyrənilməsi, gənc muğam ifaçılarının yetişməsi, eyni zamanda xalqlar arasında  beynəlxalq mədəni inteqrasiyanın genişlənməsi məsələləri festival proqramı çərçivəsində bu günə qədər uğurla həyata keçirilir. Məhz “Muğam aləmi” Beynəlxalq Festivallar çərçivəsində keçirilən elmi simpoziumlar dünya alimlərinin mədəniyyət sahəsindəki elmi əməkdaşlıqlarının əyani sübutu oldu. Muğamla bağlı elmi simpoziumlarda təqdim olunan mövzular dünyanın aparıcı musiqişünaslarının diqqət mərkəzində olduğunu bir daha təsdiq etdi. Bu da muğamın bütün şərq xalqları üçün muğamın sərhədlərinin olmadığını düşünməyə əsas verir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çoxsaylı çıxışlarında: “Muğam qədim köklərə, milli ləyaqətə, duyğulara, emisional daxili sərvətə, mərhəmət və kamilliyə aparan bir amildir” xüsusilə qeyd edir. Məruzəçi seminar boyu mövzu ilə bağlı çoxlu sayda musiqi materiallarından istifadə edərək slayd şəklində əməkdaşlara təqdim etdi.

    Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak edirdilər. Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar haqda öz ürək sözlərini söylədilər.  Suallar isə məruzəçi tərəfindən cavablandırıldı.

     

    Əli Əliyev, böyük elmi işçi