12 fevral 2021-ci il
12 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim heyəti və tələbələri ilə İstehlak krediti, kreditin bütün tələbləri və şərtləri, sığorta haqqları, zamin hüququ və öhdəlikləri haqqında "Zoom" proqramı vasitəsilə görüş keçirilmişdir.
Görüşdə Mərkəzi Bankın nümayəndələri Fərəh Əliyeva və Rauf Ağayev mövzu ətrafında tələbələrə geniş məlumatlar verərək, video şəklində izahat təqdim edilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.