• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 fevral 2021-ci il

    10 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim heyəti və tələbələri ilə pul kreditinin xüsusiyyətləri, kredit götürmə üsulları, bank seçilməsi meyarları, faizlərin ödənilməsi şərtləri haqqında "Zoom" proqramı vasitəsilə görüş keçirilmişdir.

    Görüşdə Mərkəzi Bankın nümayəndələri Fərəh Əliyeva və Rauf Ağayev mövzu ətrafında tələbələrə geniş məlumatlar verərək, video şəklində izahat təqdim edilmişdir.

    Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.