• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 yanvar 2021-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası ilə birgə Rusiyanın N.A. Rimskiy-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının və A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasıın “Müasir musiqi təhsilində elmin rolu” adlı   onlayn qaydada beynəlxalq konfras keçirilmişdir.

    Konfransı laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əiyeva aparmışdır. Aparıcı əvvəlcə musiqişünaslıqda müasir elmi araşdırmalarla müasir musiqi təhsili arasındakı əlaqədən danışmış və bildirmişdir ki,  bu iki sahənin daha da sıx vəhdəti zamanın tələbidir. Eyni zamanda məlumdur ki , “Muasir Musiqi Təhsili” adlı Beynəlxalq Konfrans hər il Sankt-Peterburqda keçirilmişdir. Bu dəfəki 19-cu beynəlxalq konfrans isə bu il Azərbaycanda xüsusi seksiya ilə təqdim olunur:

     Seksiya №5 “Müasir musiqi təhsili Azərbaycanda: yaradıcılıq, elm, texnologiyalar” adı altında keçirilmişdir.

    Konfransda - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor  G.A. Abdullazadə, Azərbaycanın əməkdar incəsənət xadimi,qeyri maddi mədəni irs üzrə YUNESKO  Komitəsində Azərbaycanın milli eksperti, Azərbaycan Milli konservatoriyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri, baş müəllim C.T. Səlimxanov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  N.İsmayıl-zadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “ Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor K.Dadaş-zadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Z. Dadaş-zadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi Z.İsayev və digər əməkdaşları ,  o cümlədən də, A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İ.V.Vorontsova, A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasının əməkdaşı, N.A. Rimskiy-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının  professoru , sənətşünaslıq üzrə elmlər doktoru, Zalivadnıy  M.S, A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasının əməkdaşı Çibiryov S.V., A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasının əməkdaşı Qonçaryova M.S, P.İ.Çaykovskiy adına Moskva Dövlət Konservatoriyasının dosenti Vorontsova İ.V., Belarus Dövlət Musiqi Akademiyasının “İnformasiya texnologiyaları” şöbəsinin rəisi Suşkeviç  N.S. və digərləri iştirak etmişlər.

    Konfransda Azərbaycan alimləri tərəfindən musiqinin elmi istiqamətlərinin demək olar ki, bütün aspektlərində məruzələr oxunmuş və bütün məruzələr də xarici -əcnəbi alimlər tərəfindən böyük maraq doğurmuş və müxtəlif diskussiyalara səbəb olmuşdur. Onlar tərəfindən gələcəkdə də bu elmi əlaqələrin davam etdirilməsi və birgə seminarların keçirilməsinə dair müxtəlif təkliflər səslənmişdir.

    Qeyd etmək lazımdır ki, Sankt-Peterburq A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyası ilə əməkdaşlıq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasına da xüsusi perspektivlər vəd edir. Xüsusilə səs rejissorluğu, musiqi-kompüter texnologiyaları, elektron alətlərdə musiqi ifaçılığı, musiqi yaradıcılığının riyazi modelləşdirilməsi  sahələri olduqca böyük marağa səbəb olmuşdur. Eyni zamanda da şərq musiqisinin lad sistemlərinə və səs sıralarına, mikrotonlu sistemlərə və şərq musiqi alətlərinin akustik baxımdan tədqiqinə böyük maraq göstərilmişdir.

    Qeyd etmək lazımdır ki, İmina xanım Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq konfransın seksiyasının keçirilməsi, bütün konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir.

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və

    onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi

    S.K.İsayeva.