• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 yanvar 2021-ci il

    XX əsrin universitet modeli" mövzusunda onlayn müzakirə

    2021-ci il yanvar ayının 21-də Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  onlayn formatda müzakirə keçirilmişdir.

    Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən müzakirəyə nazirlik  yanında  İctimai şuranın üzvləri, eləcə də qurumun bir sıra əməkdaşları qatılmışlar.

    Müzakirələrdə Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli də iştirak etmişdir.