25 noyabr 2020-ci il
2020-ci il noyabr ayinin 25-i Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri arasında Baş mühasib Məmmədova Gülxar və iqtisadçı, fəlsəfə doktoru Əlifova Samirə tərəfindən "Rəqəmsal ödənişlər və onların üstünlükləri" adlı seminar keçirilmişdir.
Seminarda BMA-nın professor, müəllim və tələbə heyəti iştirak edərək, rəqəmsal ödənişlər haqqında məlumatlar əldə etmişlər.