• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 yanvar 2021-ci il

    Öncə Vətəndir!

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn qaydada Vətənimizin müstəqilliyi dövründə, son 31 ildə baş verən hadisələrə - xalqımızın azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizəsinə, “Qanlı Yanvar” hadisələrinə  və son günlər yaşadığımız Qələbə sevincini bizə bəxş edən Şəhidlərimizə  həsr olunmuş   “Öncə Vətəndir” mövzusunda  dəyirmi masa keçirilmişdir.

    Dəyirmi masanı giriş sözü ilə açıq elan edən elmi – tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  N.İsmayılzadə bildirdi ki, 31 il ərzində  bütün xalqımız 20 Yanvar faciəsini  qeyd edir və dərin hüzünlə şəhidlərimizi anır. Bu il isə fərqlidır, biz bir xalq olaraq şəhidlərimizin qarşısında başımızı dik tutmuşuq, Qarabağımızda Şanlı Azərbaycan ordusu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Zəfər çalmışdır. Biz Qarabağımıza qovuşmuşuq!

    Daha sonra çıxış edən Ü.Hacıbəyli adına BMA-nın  elm və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə 20 yanvar hadisələrinin, xalqımızın azadlıq mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi kimi yaddaşlarımıza həkk olunmasını bildirdi. 1990-cı il qanlı 20 Yanvar  gecəsində ölkəsinin, xalqının azadlığını, şərəfini hər şeydən uca tutan mərd Vətən oğullarının övladları, bu 31 il ərzində Vətən sevgisi ilə böyüyən igid oğullarımız xalqımıza Böyük Qələbə gününü yaşatdı.

      G.Abdullazadə öz çıxışında, Azərbaycanın və SSRİ-nin xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor  F.Bədəlbəylinin xüsusi olaraq dəyirmi masa iştirakçılarına yönəldilmiş  sözlərini çatdırdı: ” Fərhad müəllim keçirilən anım gününə xüsusi önəm vermiş və bildirmişdir ki,  Qanlı 20 Yanvar  və  II Qarabağ müharibəmizdə canlarından keçən,  igid oğullarımız  vahid amal - Vətənimiz uğrunda Şəhidlik zirvəsinə ucalmışlar!”     

    Dəyirmi masada şəhidlərimizi hörmətlə yad edən aparıcı elmi işçi, dosent A.Abduləliyev “20 yanvar: Milli müstəqilliyə gedən yol” adlı məruzə ilə çıxış edərək bildirdi ki, Qanlı 20 Yanvar faciəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq mübarizəsinin oyanış günü olmuşdur. A.Abduləliyev o müdhiş günlərdə ümummilli lider Heydər Əliyevin xüsusi nəzarət altında olmasına baxmayaraq hadisələrə düzgün hüquqi-siyasi qiymət verdiyini, xalqının yanında olmasını və Sovet İmperiyasını qəti şəkildə qınadığını bir daha dəyirmi masa iştirakçılarına xatırlatdı.

    Onlayn qaydada keçirilən dəyirmi masada iştirak edən  Ü.Hacıbəyli adına BMA-nın  tədris işləri  üzrə prorektoru, pedaqoji elmlər namizədi, əməkdar müəllim, professor  N. Quliyeva iştirakçıları salamlayaraq, Allahdan Şəhidlərimizə rəhmət dilədi və bildirdi ki, Bakı Musiqi Akademiyasında  hər il 20 Yanvar şəhidləri yad edilir, müxtəlif konfranslar və konsertlər keçirilərək anılır.Yaxın gələcəkdə dəyirmi masaların, konfrans və konsertlərin məhz Şuşada keçirilməsinin vacibliyini bildirdi.

    Əslən qarabağlı olan tar ustadımız Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyev, “Biz hamımız Vətən yolunda canından keçməyə hazır olan  əsgərik!  Bir xalq olaraq peşəsindən aslı olmayaraq hər birimiz Ali Baş Komandanımızın ətrafında birləşərək düşmənə qalib gəlmişik” deyərək möhtəşəm ifası ilə anım tədbirinə xüsusi ovqat bəxş etdi.

     Daha sonra dəyirmi masada iştirak edən Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Y. Axundova, Metodika və xüsusi hazırlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova,  20 yanvar İB-nin sədri S.Əzimzadə, 20 yanvar fondu-20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması İB-nin sədri M.Qocaman, AMEA-sı Gİ-nun Kartoqrafiya şöbəsinin müdiri Ş.Əzizov, Qarabağ müharibəsi əlilləri, qaziləri və şəhid ailələri İB-nin sədri M.Mehdiyev, Almaniyada yaşayan həmyerlimiz, jurnalist E.Həsənov, II qarabağ müharibəsinin qazisi, xüsusi təyinatlı T.İmanov – hər biri öz çıxışlarında şahidi olduqları acı xatirələrindən, faciənin  nəticələrinin Azərbaycan xalqının inam və iradəsini qıra bilmədiyindən, daha da Vətən uğrunda mübarizə mücadiləsinin artmasına səbəb olmasından məlumat verdilər. 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini xüsusilə vurğuladılar.  

       Dəyirmi masada çıxışlar arası Vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş musiqi nömrələri - Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyevin birbaşa onlayn ifasında “Qarabağ təranələri”,  II Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında  ”Vətən yaxşıdır” təsnifi, Azərbaycan Respublikasının xalq artisti, professor Z.Məmmədovanın ifasında “Qələbə marşı”  və bir neçə video çarxlar səsləndirildi. 

     

                                                                                                             Mehparə Rzayeva

     sənətşünaslıq üzrə fəlsəfə doktoru