• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 yanvar 2021-ci il

    Məktəbimiz artıq 40-cı ilinə qədəm qoydu.

    Bu münasibətlə bütün sevimli kollektivimizi təbrik edirəm. 40 il ərzində məktəb-studiyamızın bir çox nailiyyətləri oldu. Lakin məktəbi onun təsisçisi və direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovsuz təsəvvür etmək mümkün deyil. Hörmətli direktorumuzun 19 yanvar tarixində doğum günüdür. Kollektivimizin adından onu təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcı uğurlar diləyirik.

    Bu gün doğma məktəb-studiyamıza hazırlanmış videonu təqdim edirik. Hazırki videoçarxı hazırlanmasında böyük dəstəkləri olan Nigar Həsənzadə və Elvin Mirzəyevə xüsusi təşəkkürümü bildirirəm. Buyurun, izləyin.

    Nağılvari sehrlə dolu musiqi dünyamıza səyahət edək...
    Biri var idi... biri yox...
    Bütün nağıllar belə başlayır...

    https://youtu.be/q69GRG-rz4U