• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2020-ci il

    İmruz Əfəndiyeva – 85

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi ərəfəsində, elmi-tədqiqat laboratoriyasında Azərbaycanın tanınmış musiqişünas-alimi,  “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi,  əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Məmməd Sadıx qızı Əfəndiyevanın 85 illik yubileyinə həsr olunmuş onlayn elmi seminar-konfrans keçirilmişdir.

    Konfransı giriş sözü  ilə açıq elan edən  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademi- yasının elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə İmruz xanımın musiqi mədəniyyətimizin, elmimizin və təhsilimizin inkişafında bir musiqişünas-alim, ictimai xadim və ən əsası pedaqoq kimi özünəməxsus rolunu vurğulamışdır. İ.Əfəndiyevanın  mədəniyyətimizin, ön sıralarında duran, Azərbaycan musiqi fikrinin inkişafında misilsiz xidmətləri ilə tanınan sevimli alimlərimizdən olduğunu diqqətə çatdırmışdır. Çıxışın sonunda İ.Əfəndiyevanın həyat və yaradıcılığını əks etdirən video slayd təqdim edilmişdir. Slaydın musiqi tərtibatında V. Adıgözəlovun  “Qərənfil” əsəri, Azərbaycanın  xalq artisti, professor R.Quliyevin ifasında verilmişdir. Daha sonra çıxış edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə tanınmış alim İmruz xanımın parlaq və bənzərsiz portretini canlandıraraq , vətəndaş və gözəl insan kimi şəxsi keyfiyyətlərini  konfrans iştirakçılarının nəzərinə çatdırmışdı. N.İsmayılzadə bildirdi ki, İmruz xanımın qeyri – adi şəxsiyyətini, enerjili təbiətini, mənəvi gücünü və həyat eşqini açıqlamadan, elmi axtarışlarının naliyyətlərini anlamaq mümkünsüzdür.

    Konfransda çıxış edən “Musiqi  nəzəriyyə” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor K.Nəsirova, “Musiqi tarixi” kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim, professor Ü.İmanova     İmruz xanım Əfəndiyevanın musiqi elmi ilə ictimai və pedaqoji fəaliyyətini  vəhdət şəklində birləşdirməyə nail olması, bu yolda bütün çətinlikləri  məhəbbətlə, böyük enerji ilə dəf etməsi haqqında məlumatlar vermişdilər. Çıxış edənlər bildirdilər ki,  İmruz xanımın yaradıcılığı  boyu paralel apardığı pedaqoji fəaliyyətini sevimli müəllim kimi təqdim etsə də, musiqi elminin rəngarəng və mürəkkəb problemlərini araşdırmaq əzmi onun həyat kredosunun əsas sahəsini təşkil etmişdir.

    Daha sonra   elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  M.Rzayeva  elmi məruzə ilə çıxış etmişdir. Məruzəçi, müəllimi, elmi rəhbəri İmruz Əfəndiyevanın bütün elmi-pedaqoji və ictimai fəaliyyətini dinləyicilərin nəzərinə çatdırdı. İmruz xanımın ayrı-ayrı  bəstəkar yaradıcılıqlarına həsr edilmiş tədqiqat işlərinin, musiqi nəzəriyyəsi və onun aktual problemləri ilə bağlı dərin elmi araşdırmalarının, Azərbaycan musiqi elmində yüksək qiymətləndirilməsini vurğulamışdır.

    İ.Əfəndiyevanın yaradıcılığı, dərc etdirdiyi elmi nəşrləri haqqında, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Bayraməlibəyli məruzə ilə çıxış etmişdir. Məruzəçi alimin son nəşrləri haqqında ətraflı məlumat vermişdir.

    Yubiley ilə əlaqədar ürək sözləri ilə çıxış edən Azərbaycanın əməkdar incəsənət xadimi, professor A.Əsədullayev,  sənətşunaslıq üzrə fəlsəfə doktoru, “Metodika və xüsusi hazırlıq kafedrası”nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova İmruz Əfəndiyeva haqqında xatirələri ilə bölüşdülər. Konfrans elmi işçi N.Bayramovanın söylədiyi Tofiq Bayramın “Qadın ürəyi” şeiri ilə yekunlaşdı.

    Konftransda  çıxışlar arası  musiqi nömrələri səsləndirilmişdi: Azərbaycanın xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovaların ifasında V.Adıgözəlovun “Bakı” mahnısı, xalq artisti, professor R.Quliyev və  İran  Xalq İnstrumental  Orkestrinin  (orkestrin  bədii rəhbəri Əli Əkbər Qurbani ) birgə  ifasında V.Adıgözəlovun “Layla” əsəri ifa edilmişdir.

     

                                                                                      Elmi-tədqiqat laboratoriyasının

                                                                         elmi işçisi, doktorant  Ayxan Əfəndiyev