1 dekabr 2020-ci il
1 dekabr 2020-ci il tarixində Macarıstanın Azərbaycandakı Səfirliyinin ADA Universiteti və Macarıstanın Milli Mədəniyyət Fondunun dəstəyi ilə təşkil etdiyi “Rəqəmsal Macarıstan” onlayn konfransında Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib.
Onlayn konfrans Macarıstanda Elm Günü münasibətilə keçilirib, həmçinin mədəni və elmi irsin rəqəmsallaşdırılmasına həsr edilib.
Macarıstanın Müasir Memarlıq Mərkəzinin əməkdaşı Janos Klaniczay təqdimatla çıxış edərək konfrans iştitakçılarına mərkəzin fəaliyyəti, xüsusilə “Budapeşt 100” layihəsi haqqında ətraflı məlumat verib.
Macarıstan Milli Muzeyinin əməkdaşı David Biro isə Milli Muzeyə virtual səyahət etmək üçün vodeoçarx təqdim etdi və iştirakçılarla muzeyin pilot layihələri haqqında məlumatı bölüşdü.
Konfransın sonunda bu kimi layihələrin Bakı Musiqi Akademiyası ilə birgə əməkdaşlıqda icra edilməsinin mümkünlüyü müzakirə edildi.