• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 dekabr 2020-ci il

    2020- ci il, 3 dekabr tarixində Bakı Musiqi Akademiyasında,  Bakı Lüteran kilsəsinin keşişi, Gotthard Lemke ilə görüş keçirilib.

    Görüşdə Gotthard Lemke, 2019-cu il keçirilmiş I Beynəlxalq Orqan musiqisi festivalının iştirakçısı olmuş, Almaniyalı orqan ifaçısı Günter Kennelin Bakı Musiqi Akademiyasına hədiyyə etdiyi, orqan əsərlərindən ibarət kitabları təqdim edib. Edition Breitkopf redaksiyası olan, 10 cilddən ibarət yeni nəşr olunmuş bu kitablar bütünlükdə İohann Sebastian Baxın orqan əsərlərindən ibarətdir. Gotthard Lemke, akademiyanın müəllimləri professor Tahirə Yaqubova, professor Rasimə Babayeva və dosent Nelli Abutidze ilə görüş zamanı Günter Kennelin xüsusi təşəkkürünü çatdırıb. 2019-cu ildə Bakıda I Orqan festivalında konsert proqramı ilə çıxış edən, həmçinin festival çərçivəsində təşkil olmuş ustad dərsi keçirən Kennel, festivalın keçirilməsindən çox məmnun qaldığını, Bakıdan xoş təəssüratla ayrıldığını, başda BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, BMA-nın prorektoru,professor Nərminə Quliyeva,  "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektoru, professor Yeganə Axundova olmaqla, akademiyanın  müəllim kollektivinə göstərdikləri qonaqpərvərliyə görə öz xüsusi minnətdarlığını bildirib. Öz növbəsində pastor Gotthard Lemke,  BMA-nın rəhbərliyinə, professor Tahirə Yaqubovaya və müəllim heyətinə öz xüsusi təşəkkürünü bildirib.