• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 dekabr 2020-ci il

    “Qarabağ Azəbaycandır! Qarabağın görkəmli xadimləri” mövzusunda konfrans

    3 Dekabr 2020 ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Musiqişünaslıq” ixtisası üzrə II və IV kurs tələbələrinin iştirakı ilə  “Qarabağ Azəbaycandır! Qarabağın görkəmli xadimləri” mövzusunda konfrans keçirildi.  Konfransda müxtəlif mövzularda məruzələr səsləndirildi.  Mir Möhsün Nəvvab,  Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Mirzə Sadıq, Qurban Pirimov, Məcid Behbudov, Sadıqcan, Əfrəsiyab Bədəlbəyli, BülBül, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Vaqif Sadıqov kimi görkəmli sənətkarların yaradıcılıq irsi tələbələr tərəfindən maraqa səbəb olaraq işıqlandırılmışdır. Həmçinin,  vaxtı ilə Qarabağ torpağı uğrunda şəhid olan Milli Qəhrəman Roman Yusifov haqqnda Cəbrayılova Saniyənin çıxışı və II kurs tələbəsi Qulamova Ləmanın vətənpərvər ruhda səsləndirdiyi məruzəsi  təqdirəlayiq  qarşılandı.

    Ümumilikdə tələbələrin gənc olmasına baxmayaraq, yaşlarından da böyük olan Qarabağ hadisələrini dərindən bilmələri və həssalıqla təbliğ etmələri çox qürurverici bir haldır.  Konfransda 23 tələbə iştirak etmişdir. Təqdim olunan mövzular üzərində ciddi  müzakirə və müəllim-professor heyətinin tələbələrə yönəltdiyi suallar  konfransın inkişaflı olmasına zəmin yaratdı.

    Konfransın əsas mövzusuna keçməzdən öncə  “Tarix-Nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru, professor G.Mahmudova, Əməkdar müəllim, “Musiqi tarixi” kafedrasının müdiri, professor Ü. İmanova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA- nın professoru K. Nəsirova  tələbələri qələbə sevinci münasibəti ilə təbrik etdi, sonda isə, bir çox mövzuda gənc nəsil olaraq, tələbələrin QARABAĞ tarixini dərindən mənimsəmələrini, torpaqdan gələn gücü hiss etmələrini və hər bir tələbənin vətənpərvər ruhunu bəyənərək, təqdirəlayiq qiymətlənirdi.