2 mart 2020-ci il
2 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
Tədbirdə əsrin bəlası olan ağ ölümün insan həyatı üçün fəsadları, dünyada və ölkəmizdə bu istiqamətdə həyata keçirilən sosial aksiyalar və s haqqında geniş məlumat verilmişdir.
Narkomaniya qarşı qəbul edilmiş dövlət proqramları, beynəlxalq və yerli layihələrin önəmi diqqətə çatdırılmışdır. Bakı Musiqi Akademiyasının rəhbərliyi də gənclərin maariflənməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir çox layihələr həyata keçirməkdədir. Bu məqsədlə idman yarışları, konsertlər, sərgilər, ekskursiyalar mütamadi olaraq təşkil edilməkdədir.
Görüşdə Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova, “Fortepiano” fakültəsinin dekanı, Əməkdar müəllim, professor Nəzakət Rimazi, kafedra müdirləri və tələbələr iştirak ediblər.