3 aprel 2020-ci il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2019-cu il 935 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunmuşdur.
Bu plana uyğun olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti üçün 3 aprel 2020-ci il tarixində mövcud pandemiya vəziyyətini nəzərə alaraq Zoom proqramı ilə online maarifləndirici tədbir keçirilmişdir.
Seminarda BMA-nın prorektoru, Xalq artisti, professor Y.Axundova və digər məruzəçilər çıxış ediblər. Bundan əlavə seminar iştirakçılarına İDEA ictimai birliyinin bu istiqamətdə həyata keçirdiyi sosial layihələr haqqında geniş video material təqdim olunmuşdur.