• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 noyabr 2020-ci il

    Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyətləri adlı monoqrafiya nəşr edilib.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı ilə “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyətləri” adlı kitab  çapdan çıxmışdır.

    Monoqrafiya Azərbaycan bəstəkarlıq mək­tə­bi­nin tanınmış nümayəndə­ləri Xalq artisti, profes­sor, bəstəkar S.İbrahimovanın və Əməkdar İncəsənət xadimi, bəs­təkar, musiqişünas, fəlsəfə elmləri doktoru professor G.Abdullazadənin vokaliz janrında qələmə aldıqları əsərlərin səciyyəvi yazı dəsti-xəttinin  və xüsusən də musiqi di­linin melodik xüsusiyyətlərinin elmi tədqiqinə həsr edilib.

    Kitabın müəllifi  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının                 

    ”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevadır.

    Üze­yir Ha­cı­bəy­li adı­na Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın 100 il­lik yu­bi­le­yi­nə həsr edil­miş­ mo­noq­ra­fi­ya­da Azər­bay­can pro­fes­sio­nal bəs­tə­kar­lıq mək­tə­bi­nin ta­nın­mış nü­ma­yən­də­lə­ri olan Sev­da İb­ra­hi­mo­va və Gül­naz Ab­dul­la­za­dənin həyat və yaradıcılıqlarında mühüm əhəmiyyət kəsb edən məqamlar, zən­gin vo­kal ya­ra­dı­cı­lıq­la­rı­nın, xü­su­si­lə də vo­ka­liz jan­rın­da qə­lə­mə al­dıq­la­rı əsər­lə­rin me­lo­dik xü­su­siy­yət­lə­ri­nin araş­dı­rıl­ma­sı­ işıqlandırılmışdır.