• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2020-ci il 

    Xalq artisti Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı haqqında kitab nəşr edilib

     Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)” adlı kitab çapdan çıxıb. Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun tərtibçisi olduğu kitabda Xalq artisti, tanınmış pianoçu, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin professional fəaliyyətinin bir çox istiqaməti işıqlandırılıb.

    “Şərq-Qərb” nəşriyyatında çap olunan kitabda həmçinin sənətkar haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr, müsahibələr və digər materiallar toplanıb.

    Yeni nəşrin Mədəniyyət Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılması nəzərdə tutulur.