14 iyul 2020-ci il
14 iyul 2020-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru professor Yeganə Axundova və Xarici tələbələrlə iş üzrə şöbənin əməkdaşları Vüqar Hümbətov (şöbə müdiri), Röya Hüseynova (xarici tələbələrlə iş üzrə mütəxəssis), Günel Eyvazova (beynəlxalq əlaqələr üzrə şöbənin əməkdaşı), Zülfiyə Şəfiyevanın (beynəlxalq layihələr üzrə mütəxəssis) iştirakı ilə Xarici tələbələrlə Zoom proqramı vasitəsi ilə görüş keçirilmişdir.
İlin yekun iclası qismində keçirilən görüş zamanı xarici tələbələrin online şəkildə verdikləri imtahanları, onların ümumi vəziyyəti, hal-hazırda təzahür edən yeni tipli pnevmoniya Covid 19 infeksiyası ilə bağlı ümumi söhbətlər aparılmışdır. Tələbələr öz növbələrində onlara maraqlı olan və narahat edən suallar ilə müraciət etdilər. Suallar prorektor Yeganə Axundova və Xarici tələbələrlə iş üzrə şöbənin işçi heyəti tərəfindən cavablandırıldı.
Günümüzdə bizi narahat edən ən vacib məsələlərdən olan, son günlərdə təcavüzkar düşmən Ermenilərin Tovuz rayonu istiqamətində sərhəddə atəşkəsi pozaraq ağır döyüşlər aparmasıdır. Bunun nəticəsi olaraq Azərbaycan 12 şəhid vermişdir. Şəhid olan əsgərlərimiz görüş zamanı yad edildi. Xarici vətəndaşlar olaraq BMA-nın xarici tələbələri öz dəstək mesajları ilə daim Azərbaycanın yanında olduqlarını bildirərək, dərin hüznlə başsağlığı dilədilər.
Qeyd edək ki, mövcud vəziyyətlə bağlı xarici tələbələrlə operativ əlaqə yaratmaq üçün və tələbələri diqqətdə saxlamaq üçün, xarici tələbələrin Whatsapp qrupu yaradılmışdır. Ölkə xaricində öz vətənlərində olan və hal-hazırda Azərbaycanda yaşayan, öz ölkəsinə qayıda bilməyən tələbələrlə mütəmadi olaraq əlaqə yaradılır, hazırki vəziyyətə görə əlaqələr daha da gücləndirilmişdir.