30 iyul 2020-ci il
Beləliklə, növbəti korifey, həyatı müasirliyimizə təsadüf edən Xəyyam Mirzəzadədir.
30 iyul onun anım günüdür. Atriq 2 ildir o aramızda deyil. Xəyyam müəllim bəstəkar olmaqla yanaşı həm də gözəl pedaqoq və yetişdirdiyi tələbələrinə əsl dost idi. Onlar müəllimlərinin dayaq olduğunu hər zaman hiss edirdilər. Dərsdə tələbkar, dissiplinanı və dəqiqliyi sevən, eyni zamanda zarafatlarından da qalmayan müəllim idi. Məntiqi düşüncəyə malik intellektual insan incəsənətin hər bir sahəsindən maraqlı yaddaqalan söhbətləri ilə diqqət çəkirdi.
İllərdir ünsiyyətdə olduğum, hətta həyatının son illərində səhhəti ilə əlaqədar kafedradan uzaqlaşandan sonra da əlaqə saxlayıb danışdığım Xəyyam müəllim yaddaşımda məhz belə qalıb. Allah rahmət eləsin.
Bu videoçarxın yaranmasında böyük əməyi olan musiqiçi dostum Nurlan Abbasa xüsusi təşəkkürümü bildirirəm.
Bəstəkarın şəxsiyyətinə böyük ehtiramla
Aytən İbrahimova
https://www.youtube.com/watch?v=isZgq4jwULg