• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 iyul 2020-ci il

    Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma Proqramı” çərçivəsində 11 iyul 2020-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün “Covid-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması”) mövzusunda videokonfrans keçirilmişdir.

    “Zoom” proqramı vasitəsilə keçirilən videokonfransda BMA-nın professor və tələbə heyəti iştirak etmişlər.

    Qeyd edək ki, videokonfransda Bakı Musiqi Akademiyasının “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Fəlsəfə elmləri doktoru, Sənətşünaslıq  doktoru, professor Mina Hacıyeva (moderator), Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsgəndərova, Oman Respublikasının Sultan Qabus Universitetində fortepiano müəlliməsi və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dr.Vüsalə Yusif məruzəçi qismində çıxış etmişlər.

     Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə yaşayan nümayəndələri də konfransda iştirak edərək, mövzu ətrafında suallar və müzakirələr aparmışlar.