• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 iyun 2020-ci il

    Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  magistratura şöbəsinin  “Fortepiano, orqan, klavesin” kafedrasının I kurs tələbəsi Şəfəq Abdullayeva Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr etdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın orqan aləti üçün işlənməsini BMA-nın boyük zalında ifa etmişdir.

    Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra  ilk dəfə olaraq məhz Şəfəq Abdullayeva tərəfindən orqan aləti üçün islənmiş və ilk ifasını da müəllif özü etmişdir.

    Bütün dünya əhalisi Covid-19 pandemiyasının yaratdığı məhdudiyyətlərdən əziyyət çəkdiyi bir zamanda incəsənət xadimləri musiqi mədəniyyətini təbliğ edərək, öz yaradıcılıqları və ifaları ilə xalqa dəstək verdiklərinin hər zaman şahidi oluruq. Ş.Abdullayevanın da Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr etdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın orqan aləti üçün işlənməsi bu qəbildən olan mənəvi dəstəklərdən sayıla bilər. Məlumdur ki,  Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra insanlarda yenilməzliyi, mərdliyi, mübarizliyi aşılayır. Məhz  “Koroğlu”operasına yazılmış uvertüra Azərbaycan musiqi tarixində qəhrəmanlıq hisslərini yaşatmaqla yanaşı, həm də Üzeyir Hacıbəylinin qəlbinin dərinliklərində olan arzu və istəklərinin, vətənpərvərlik hisslərinin tətənnümüdür. 

    Uvertüranın orqan ələti üçün işlənməsində Ş.Abdullayeva tərəfindən musiqinin parlaqlığının, möhtəşəmliyinin saxlanılmasının və orqan alətinin özünün dərin psixoloji səslənmə tərzinin əsərdə daha da incə emosional sferanın yaratdığının şahidi oluruq.

    Şəfəq Abdullayevanın böyük əməyi bahasına ərsəyə gələn uvertüranın orqan aləti üçün işlənməsi və ifa olunmasında  müəllimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadımı , professor Tahirə Yaqubovanın dəstəyi və məsləhətləri xüsusilə vurğulanmalıdır.

    Biz isə öz növbəmizdə 1999-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını müsiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən, hal-hazırda isə magistratura şöbəsinin  “ Fortepiano, orqan, klavesin” kafedrasının I kurs tələbəsi Şəfəq Abdullayevaya yaradıcılıq uğurları arzu edirik.

     İfanın linki əlave olunur: https://www.youtube.com/watch?v=hoAQ6cPpzfc

                                                                                       

                                                                                                Sənətşünaslıq üzrə fələsfə doktoru

                                                                                                  M.Rzayeva