• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyun 2020-ci il

    Qara Qarayev Səs (Bas) və orkestr üçün 3 Noktürn

     Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanaloqiya və Akustika” elmi tədqiqat laboratoriyasında 2020-ci il iyun ayının 9-u elmi işçi Fidan Nəsirovanın onlayn seminarı keçirildi.

     Məruzəçi Fidan Nəsirova seminarın əsas mövzusuna keçməzdən əvvəl postsovet dövründə Azərbaycanda caz janrının yaranmasına, inkişafına ekspromt edərək, 1939-cu ildə görkəmli bəstəkarlarımız T.Quliyev və Niyazinin əməyi nəticəsində təşkil edilən Caz Orkestrinin, Rauf Hacıyevin 1957-ci ildə yaratdığı estrada orkestrinin yaranması ilə bağlı məlumat verdi.

     Azərbaycan musiqi tarixində 60-cı illərdə caz özünün uğurlu etapına daxil olduğu bir dövrdə Bakıda bir neçə gənc istedadlı ifaçı bəstəkarların – V.Mustafazadə, R.Babayevin jaz musiqisi sahəsindəki fəaliyyətləri təqdim edilərək, onlar tərəfindən yaradılan “Leyli”, “Sevil”, “Cəngi” estrada ansabllarının adları çəkildi.

    XX əsrin görkəmli bəstəkarı  Qara Qarayevin çoxşaxəli yaradıcılığına müraciət olunaraq əsasən də səs (bas) və orkestr üçün yazdığı 3 Noktyürn (L.Xyuzun sözlərinə) işıqlandırıldı. Bəstəkar bu janra özünəməxsus şəkildə müraciət edərək, janrın emosional güçünü, lirik, dramatik, irqi ayrıseçkilik, qəhrəmanın acı taleyi qabarıq şəkildə musiqi dili ilə açılır. Blyuz (“Yorğun”), spiriçuels (“Yay gecəsi”), reqtaym (“Yay gecəsi”) üslubunda yazılmış musiqi nümunələri səsləndirildi. 1958-ci ildə yazılmış Noktürn “İldırımlı yollarla” baleti ilə uyğunluq təşkil edir. Q.Qarayev noktürnlərinin musiqi dilində mürəkkəb intervalların yerdəyişməsi və qədim ladların özünəməxsus şəkildə növbələşməsi təsvir olunur.

    Seminarda BMA-nın elm və yaradıcılıq  işləri üzrə prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə və laboratoriyanın əməkdaşları iştirak edirdilər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırıldı.

    Əfəndiyev Ayxan

    Elmi-tədqiqat laboratoriyasının

    kiçik elmi işçisi,doktorant