• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 iyun 2020-ci il

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində «İlin peşəkar gənci»  adlı müsabiqəyə yekun vurulmuşdur.

    Müsabiqənin nəticələrinə görə Üzeyir Hacıbəyli  adına Bakı Musiqi Akademiyasının  konsertmeysteri  Kəngərli-Nəcəfova Nərgiz Lətif qızı  müsabiqənin qalibləri sırasında olmuşdur. 8 iyun 2020-ci il tarixində keçirilən tədbirdə  ATİAHİ Respublika Komitəsinin sədr müavini  Mirzə Cəfərzadə tərəfindən  bizim nümayəndəyə  Fəxri Fərman  və qiymətli hədiyyə (smartfon) təqdim edilmişdir.